Avropa Liqasının 2022-ci ildəki finalı Budapeştdə keçiriləcək

Niderlandın paytaxtı Amsterdamda keçirilən UEFA İcraiyyə Komitəsinin yığıncağında bir sıra tədbir və final oyunlarının keçiriləcəyi yer müəyyənləşib.

1370704
Avropa Liqasının 2022-ci ildəki finalı Budapeştdə keçiriləcək

UEFA-nın 44-cü Konqresi 2021-ci ildə Belarusun paytaxtı Minskdə baş tutacaq.

Avropa Liqasının 2022-ci ildəki finalı Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da, UEFA Superkuboku 2022-ci ildə Helsinkidəki Olimpiya Stadionunda və 2023-cü ildə Rusiyada “Kazan Arena”da keçiriləcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbəti yığıncağı mayın 27-də Polşanın Qdansk şəhərində təşkil ediləcək

 



Әlaqәli Xәbәrlәr