Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu

Azərbaycan Peşəkar Futbol Federasiyasının məlumatına görə...

1369090
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu

 

  Fevralın 29-da Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna start verilir. 

  Peşəkar Futbol Federasiyasının saytında yazılana görə, iki günlük tur “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Keşlə” oyunu ilə başlayır. Azərbaycan saatı ilə 16:00-dan start götürən görüşü Kamal Umudlu idarə edir.

  “Qarabağ” – “Sabah” matçının baş hakimi isə Elçin Məsiyevdir. 29 fevral saat 18:00-da start götürəcək görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılır.

  Martın 1-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qəbələ” oyununda baş hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Matç saat 15:00-da başlayacaq.

  Tura həmin gün keçiriləcək “Neftçi” - “Səbail” oyunu ilə yekun vurulacaq. Səbuhi Bayramovun idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək.

  Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

  Qeyd edək ki, 18 turdan sonra turnir cədvəlinə 41 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, 29 xalı olan “Keşlə” isə üçüncü yerlərdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (20), “Səbail” (19) və “Qəbələ” (13) yer alıblar.

 

Mənbə: Azertag.az



Әlaqәli Xәbәrlәr