Lider “Anadolu Efes” “Alba Berlin” ilə qarşılaşacaq

Avropa basketbolunun Klub səviyyəsindəki ən əhəmiyyətli tədbirlirindən “THY Avropa Liqasında” 26-cı həftənin oyunları maraqla gözlənir.

1366947
Lider “Anadolu Efes” “Alba Berlin” ilə qarşılaşacaq

Türkiyə təmsilçiləri Anadolu Efes və Fənərbaxça Bekonun da iştirak etdiyi THY Avropa Liqasının 26-cı həftəsində 27 və 28 Fevral tarixləri arasında 8 matç oynanacaq.

22 qalibiyyətlə lider mövqeyə sahib Anadolu Efes 9 qalibiyyətlə 14-cü sırada iştirak edən Almaniyanın ALBA Berlin komandasının qonağı olacaq.

“Mercedes-Benz Arena”da  oynanacaq qarşılaşma Türkiyə vaxtıyla saat 22: 00-də başlayacaq. Liqada 11 qalibiyyətlə 10-cu yerdə iştirak edən Fənərbaxça Beko isə 12 qələbəyə imza ataraq 7-ci sırada olan Valensiya ilə qarşılaşacaq. Mbarizə Türkiyə vaxtı ilə saat 23-də başlayacaq.

26-cı həftə oynanacaq qarşılaşmalar:

Cümə axşamı, 27 Fevral:

20.00 CSKA Moskva (Rusiya) - Barselona (İspaniya)

20.00 Zenit (Rusiya) - Bayern Münhen (Almaniya)

22.00 ALBA Berlin (Almaniya) - Anadolu Efes

22.05 Maccabi FOX (İsrail) - Olympiakos (Yunanıstan)

23.00 Baskonia (İspaniya) - Qırmızı Ulduz mts (Serbiya)

28 Fevral Cümə:

20.00 Ximki (Rusiya) - Asvel (Fransa)

21.00 Zalgiris (Litva) - AX Armani Exchange Milan (İtaliya)

23.00 Valensiya (İspaniya) - Fənərbaxça Beko

 

 



Әlaqәli Xәbәrlәr