Qeyri-sabit hava şəraitinə görə futbol oyunları təxirə salındı

Qeyri-sabit hava şəraitinin həyatı ifliç etdiyi İngiltərədə saat 20:30-da keçirilməli olan İngiltərə Premyer Liqasının 17-ci turunun “Mançester Siti” – “Vest Hem” oyunu təxirə salındı.

1356516
Qeyri-sabit hava şəraitinə görə futbol oyunları təxirə salındı

 Mançester klubunun rəsmi saytında əks edən məlumata görə oyun ekstremal hava şəraitinə görə təxiri salınıb.

  Bildirilib ki, qərar “Mançester Siti”nin təhlükəsizlik üzrə mütəxəssisi klubun səhmdarları və “Vest Hem” rəsmiləri ilə məsləhətləşdikdən sonra qəbul edilib. Qərarda azarkeşlərin və klub heyətinin təhlükəsizliyi nəzərə alınıb. Matçın hansı tarixdə keçiriləcəyinə yaxın vaxtda qərar veriləcək.

Qonaq London klubu isə Mançesterə səfər edən azarkeşlərinin səfər xərclərini öz üzərinə götürüb.

Qeyd edək ki, Hollandiyada keçirilməli dörd oyun, həmçinin Almaniyada “Borrusiya” (Mönxenqladbax) – “Köln” matçı da hava şəraitinə görə təxirə salınıb.

 



Әlaqәli Xәbәrlәr