Prezident Ərdoğan Kobe Bryantın ailəsinə başsağlığı verdi

Prezident Rəcəb Tayyib Ərdoğan helikopter qəzası nəticəsində həyatını itirən 41 yaşlı Amerikalı ulduz basketbolçu Kobe Bryantın ailəsinə və sevənlərinə başsağlığı verdi.

1348492
Prezident Ərdoğan Kobe Bryantın ailəsinə başsağlığı verdi

Prezident Sosial media hesabında yaydığı açıqlamada: “Ümumdünyada insanların basketbol zövqü ilə tanış olmalarına rəhbərlik edən və xeyli sayda idmançı üçün ilham mənbəyi olan əfsanə basketbolçu Kobe Bryantın qəza nəticəsində həyatını itirdiyi xəbərini kədər  qarşıladım. Türkiyə prezidenti və basketbolu sevən biri olaraq mərhumun ailəsinə və sevənlərinə başsağlığı verirəm.

Xatırladaq ki, Amerika Basketbol Liqasının (NBA) əfsanəvi oyunçusu 41 yaşlı Bryant dünə yerli vaxtla saat 10.00 radələrində Kaliforniyanın Calabasas şəhərində vertolyot qəzası nəticəsində həyatını itirdi.

 



Әlaqәli Xәbәrlәr