“Liverpul” məğlubiyyətsizlik seriyasını 40-a yüksəltdi

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Liverpul” səfərdə “Vulverhempton”-a qalib gəlib.

1346597
“Liverpul” məğlubiyyətsizlik seriyasını 40-a yüksəltdi

Yanvarın 23-ü Molineux Ground stadionunda oıynanan qarşılaşma 1-2 hesabla nəticələnib. Qalşılaşmanın qalibi qonaq komanda olub.

İlk qolu səkkizinci dəqiqədə Cordan Henderson vurub.

51-ci dəqiqədə Raul Himenesin qolu ilə ev sahibləri hesabı bərabərləşdirib.

Həlledici qolu 84-cü dəqiqədə Roberto Firmino vurub.

Qeyd edək ki, bu “mersisaydlıların” 14-cü ardıcıl qələbəsidir.

 

 

 

 



Әlaqәli Xәbәrlәr