“Barselona” yeni məşqçisini açıqladı

“Barselona”nın baş məşqçisi Ernesto Valverde postundan istefaya göndərilib.

1340247
“Barselona” yeni məşqçisini açıqladı

 

Klubun rəsmi sosial hesabı “twitter”də mövzu ilə bağlı məlumat paylaşılıb. 

Qərar “Barselona” prezidenti Cozep Bartomeu və klub direktorlarının iştirakı ilə keçirilən iclasda qəbul edilib. Məlumata görə tərəflər müqavilənin dayandırılması ilə bağlı razılıq əldə ediblər.

Qeyd edək ki, “Barselona” İspaniya Super Kubokunun yarımfinal mərhələsində “Atletiko” klubuna 2:3 hesabı ilə məğlub olub. Liqada isə klub birinci yerdə qərarlaşıb. 

55 yaşlı Ernesto Valverde “Barselona”nın baş məşqçisi postuna 2017-ci ildə gətirilib. Onun rəhbərliyi altında klub 163 rəsmi oyun keçirib ki, bunlardan 108-də qələbə qazanıb, 20-də məğlub olub, 35 oyun isə heç-heçə nəticələnib. Valverde “Barselona” ilə iki dəfə İspaniya çempionu olub, bir dəfə ölkə kubokunun, bir dəfə də Superkubokun qalibi olub.

 



Әlaqәli Xәbәrlәr