Azərbaycanda Çövkən atüstü idman növünü tanıtmaq və təbliğ etmək məqsədilə oyunlar keçirilir

Azərbaycan Çövkən (Çovqan) atüstü idman növünü tanıtmaq və təbliğ etmək məqsədilə oyunlar təşkil edib.

1329211
Azərbaycanda  Çövkən atüstü idman növünü tanıtmaq və təbliğ etmək məqsədilə oyunlar keçirilir
Cövgen-2
Çövgen-3
çövgen-3

Azərbaycan Çövkən (Çovqan) atüstü idman növünü tanıtmaq və təbliğ etmək məqsədilə oyunlar təşkil edib.

Çövkən Milli Atüstü oyunlarının finalı əsl bayram əhval-ruhiyyəsində keçirilib. Belə ki, final oyunlarında Türkiyənin Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan və TRT İdarə heyətinin rəhbəri və Baş direktoru İbrahim Eren də fəxri qonaq qismində qatılıblar.

Dünya Etnospor Konfederasiyası gənc olmasına baxmayaraq, sıralarında 12 ölkədən olan üzvləri birləşdirir. Hazırda Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) konfederasiyaya üzvlük məsələsi müzakirə olunur.

Bunu Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan dekabrın 24-də jurnalistlərə açıqlamasında bildirib.

Yaxın vaxtlarda konfederasiyanın Antalyada təşkil olunacaq toplantısına 60 ölkədən, o cümlədən ARAF-dan nümayəndələrin də dəvət olunacağını vurğulayan Bilal Ərdoğan deyib: “İyulda Gədəbəydə keçirilmiş Milli Yaylaq Festivalında iştirak etdim. Ümumiyyətlə, bütün türkdilli ölkələrdə milli idman növlərinin inkişafına çalışırıq. Azərbaycanlı qardaşlarımızla sıx əməkdaşlıq edirik. Azərbaycanda beynəlxalq yarışlar yüksək səviyyədə təşkil olunur. Azərbaycanda milli idman növlərinin inkişafı Türkiyədə də həmin idman növlərinin tərəqqisinə imkan verir. Biz öz mədəniyyətimizi və milli idman növlərimizi inkişaf etdirməliyik”.

Çövkən milli atüstü oyununun Türkiyədə də inkişaf etdirilməsinin nəzərdə tutulduğunu vurğulayan konfederasiyanın prezidenti bunun üçün geniş potensialın olduğunu qeyd edib. O, çövkənin İstanbul mədəniyyət festivalında tanıdılmasının, Türkiyədə keçirilən qış idmanı festivalında idmanın bu növü üzrə turnirlərin təşkilinin önəmini vurğulayaraq deyib: “Türkiyədəki Çıldır gölü qışda donur və burada qış oyunları festivalı keçirilir. Çövkən idman oyunları üzrə yarışlar burada təşkil oluna bilər. Çünki çövkən 200 ildir Anadoluda unudulub. Bu idman növünü yenidən tanıtmaq və iki ölkə arasındakı münasibətlərə töhfə vermək istəyirik. Çövkən oyunlarının geniş yayılması və təbliği üçün fəaliyyətimizi davam etdirəcəyik”.



Әlaqәli Xәbәrlәr