Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb
UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə komandalar rəqiblərini tanıyıb.
"Real" "Mançester Siti"yə, "Barselona" isə "Napoli"yə rəqib olub.
Turun ən maraqlı qarşılaşması "Çelsi" və "Bavariya" arasında baş tutacaq oyundur
Turnirin son qalibi "Liverpul" Madridin "Atletiko" klubu ilə qarşılaşacaq. "Real" "Mançester Siti"yə, "Barselona" isə "Napoli"yə rəqib olub. Turun ən maraqlı qarşılaşması "Çelsi" və "Bavariya" arasında baş tutacaq oyundur.
Çempionlar Liqası
1/8 final
"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)
"Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə)
"Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)
"Atletiko" (İspaniya) - "Liverpul" (İngiltərə)
"Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)
"Lion" (Fransa) - "Yuventus" (İtaliya)
"Tottenhem" (İngiltərə) - "Leyptsiq" (Almaniya)
"Napoli" (İtaliya) - "Barselona" (İspaniya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.
Әlaqәli Xәbәrlәr

“Milan” daha bir qalibiyyət əldə etdi
Futbol üzrə İtaliya A Seriyasında 18-ci tura “Milan”-“Kalyari”qarşılaşması ilə yekun vuruldu.