Türkiyə komandaları bu gün rəqiblərinin qarşısına çıxır

UEFA Avropa Liqasının 4-cü həftəsi bu gün oynanacaq matçlarla yekunlaşacaq.

Türkiyə komandaları bu gün rəqiblərinin qarşısına çıxır

Qruplarda Türkiyəni təmsil edən üç komandamız bu gün rəqiblərinin qarşısına çıxacaq.

Növbəti tura çıxmaq şansı ən yüksək olan J qrupundakı Medipol Başakşehir, Avstriya komandası Wolfsberger, C qrupunda mübarizə aparan Trabzonspor, Rusiyadakı Krasnodar, K qrupunda iştirak edən Beşiktaş Portuqaliyada Braqa ilə qarşılaşacaq.

Bu gün baş tutacaq qarşılaşmalanda xüsusiylə Başakşehirin əldə edəcəyi nəticə ölkəmizin UEFA-dakı xal sayı baxımından əhəmiyyət daşıyır.

UEFA reytinqində 11-ci sırada iştirak edən Türkiyənin bu günki mübarizələrinin ən ciddi rəqibi Avstriyadır. Ancaq Başakşehirin qələbə qazanması halında Avstriya Türkiyəni tutma şansını tamamən itirəcək.

K Qrupunda mübarizə edən Beşiktaş-Braqa qarşılaşması isə Türkiyə vaxtıyla saat 23: 00-da başlayacaq.

C qrupunda olan və 1 xalı olduğu üçün son sırada iştirak edən Trabzonspor, Krasnodar qarşılaşmasına Onazi, Ekuban, Abdulkadir Omur, Abdulkadir Parmaq, Arda, Sosa, Sturridge və Mikel olmadan getdi. Onlar zədə aldıqları üçün matça qatıla bilmədilər. Qarşılaşma saat 20.55-də başlayacaq.

J qrupunda 4 xalla 2-ci pillədə olan M. Başakşehir isə evdə 1-0 məğlub etdiyi Wolfsbergerin qarşısına yenə qalib gəlmək məqsədi ilə çıxacaq.



Әlaqәli Xәbәrlәr