Ərdoğan Fənərbaxça İdarə Heyətinin üzvü oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fənərbaxça Klubunun konqres üzvlüyündə 25-ci ilini dolduraraq layiq olduğu İdarə Heyəti (Divan Kurulu) üzvlüyü sənədini klubun sədri Əli Koçdan təhvil aldı.

1295436

  R.T.Ərdoğan ayın 26-da Fənərbaxça Klubu İdarə Heyətinin İstanbulun Kalamış qəsəbəsindəki Fənərbaxça Faruk İlgaz Mərkəzində təşkil etdiyi oktyabr ayı toplantısında iştirak edib.

  Ölkə başçısına Fənərbaxça Klubunun sədri Əli Koç və Fənərbaxça Klubu İdarə Heyətinin sədri Vəfa Küçük tərəfindən üzvlüyü təsdiq lövhə təqdim olunub. Bundan başqa, Ərdoğanın pencəyinə Fənərbaxça rozeti taxılıb və komandanın adını daşıyan uniforma hədiyyə edilib.

  Sonda Fənərbaxça Klubu Ərdoğan üçün hazırladığı qısa sənədli filmi təqdim edərək burada onun klubla bağlı fotoşəkillərini gələnlərə göstərib.

Әlaqәli Xәbәrlәr