FİFA sabiq vitse-prezidentini cərimə edib

FİFA sabiq vitse-prezidenti Eugenio Fiqeredonu ömürlük cəzalandırıb.

FİFA sabiq vitse-prezidentini cərimə edib

Bu barədə dünya futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Bildirib ki, 87 yaşlı uruqvaylı futbol mütəxəssisi FİFA-nın etika kodeksini pozub. O, 2004-2015-ci illər arasında müxtəlif turnirlərin teleyayım və marketinq hüquqlarının satışı zamanı rüşvət almaqda ittiham olunur.

FİFA Fiqeredonu ömürlük cəzalandırmaqla yanaşı, onu 1 milyon İsveçrə frankı məbləğində cərimə edib.

 



Әlaqәli Xәbәrlәr