Çempionlar Liqasında II tura yekun vurulub

Liqanın qrup mərhələsində ötən gün daha 4 qrupda oyunlar baş tutub.

1280709
Çempionlar Liqasında II tura yekun vurulub

Turnirin son qalibi “Liverpul” doğma arenasında “Zalsburq”u qəbul edib.

Gərgin mübarizə şəraitində keçən oyunda meydan sahibləri qalib gəliblər – 4:3.

Qrupun digər matçında isə ilk turda “Liverpul”a qalib gəlmiş “Napoli” səfərdə

“Genk”lə heç-heçəyə razılaşıb – 0:0.

Günün ən maraqlı oyununda “Barselona” “İnter”lə üz-üzə gəlib.

Qonaqlar bu oyunda erkən qolla hesabı açsalar da, Kataloniya təmsilçisi ikinci

yarıda məğlubiyyətdən xilas olmağı bacarıb. Suarez əzmkar qələbənin əsas

memarı olub.

Qrupun digər oyununda Dortmund “Borussiya”sı səfərdə “Slaviya”nı xalsız qoyub.

“Ayaks” səfərdə “Valensiya”nı darmadağın edibsə, H qrupunun digər matçında

“Çelsi” səfərdə “Lill” üzərində çətin qələbəyə sevinib.

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

2 oktyabr

E qrupu

“Genk” (Belçika) – “Napoli” (İtaliya) 0:0

“Liverpul” (İngiltərə) – “Zalsburq” (Avstriya) 4:3

Qollar: Mane, 9. Robertson, 25. Salah, 36; 69 - Hvanq, 39. Minamino, 56.

Haland, 60.

 F qrupu

“Slaviya” (Çexiya) - “Borussiya” (Dortmund, Almaniya) 0:2

Qollar: Hakimi, 35; 89.

“Barselona” (İspaniya) - “İnter” (İtaliya) 2:1

Qollar: L.Suares, 58; 84 - L.Martines, 3.

G qrupu

“Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya) 3:1

Qollar: Dzyuba, 22. Dias, 70-öz qapısına. S.Azmun, 78 - De Tomas, 85.

“Leypsiq” (Almaniya) – “Lion” (Fransa) 0:2

Qollar: Depay, 11. Terrye, 65.

H qrupu

“Valensiya” (İspaniya) – “Ayaks” (Hollandiya) 0:3

Qollar: Ziyeş, 8. Promes, 34. Van de Bek, 67.

“Lill” (Fransa) – “Çelsi” (İngiltərə) 1:2

Qollar: Osimhen, 33 - Abraham, 22. Villian, 78.

 



Әlaqәli Xәbәrlәr