Medipol Başakşehir Almaniya komandasına ev sahibliyi edəcək

UEFA Avropa Liqası J qrupuda Türkiyə nümayəndəsi Medipol Başakşehir ikinci qarşılaşmasında sabah Almaniyanın Borussia Mönchengladbach komandasını qonaq edəcək.

thumbs_b_c_9cbdff2cea4d2258b39bd64c5e7c645f.jpg

Başakşehir Fatih Terim Stadıonda saat 19.55-də start veriləcəq qarşılaşmanı Britaniyalı hakim Stuart Attwell idarə edəcək. Ona Constantine Hatzidakis və Daniel Richard Cook kömək edəcəklər. Dördüncü hakim isə Andrew Madley olacaq.

UEFA Çempionlar Liqasının təsnifat mərhələsində Yunanıstanın "Olimpiakos" komandası qarşısında iki dəfə məğlub olduqdan sonra yoluna UEFA Avropa Liqasında davam edən Medipol Başakşehir, qrupunda ilk olaraq İtaliyanın Roma komandası ilə qarşılaşdı və 4-0 nəticələnən qarşılaşmadan məğlub ayrıldı.



Әlaqәli Xәbәrlәr