Ruslara Beynəlxalq Atletika Federasiyasından bəd xəbər

Beynəlxalq Atletika Federesiyası, Rusiya Atletika Federasiyasının etiraz ərizəsini növbəti dəfə rədd etdi.

1275505
Ruslara Beynəlxalq Atletika Federasiyasından bəd xəbər

Beynəlxalq Atletika Federasiyasından yayılan açıqlamada bildirilib ki, Rusiya dopinq istifadəsi səbəbinə görə Qətərin paytaxtı Dohada keçiriləcək Atletika üzrə 2019 Dünya Çempionatında iştirak edə bilməyəcək.

Federasiyanın qərarına görə Dopinq Təftiş Şurası tərəfindən müəyyənləşdirilən idmançılar tədbirlərdə "neytral idmançılar"olaraq iştirak edə bilərlər.

Rus idmançılar daha əvvəl 2016-cı il Rio Olimpiadası, 2017 Dünya Atletika Çempionatı və 2018 Avropa Atletizm Çempionatında ölkələrini təmsil etməkdən məhrum edilmişdilər.

 



Әlaqәli Xәbәrlәr