UEFA Avropa Liqası qrup mərhələsi qarşılaşmaları başlayır

UEFA Avropa Liqası qrup mərhələsində Türkiyəni təmsil edən kamandalarımız sabah rəqiblərinin qarşısına çıxır.

1271600
UEFA Avropa Liqası qrup mərhələsi qarşılaşmaları başlayır

Oyunlarda Türkiyəni təmsil edəcək Beşiktaş, Trabzonspor və Medipol Başakşehir ilk matçlarını səfərdə oynayacaqlar.

“K” qrupda mübarizə aparacaq Beşiktaş, Slovakiyada Slovan Bratislava ilə qarşılaşacaq. Narodnıy Stadıonda oynanacaq matç Türkiyə vaxtıyla saat 22.00-də başlayacaq. Qarşılaşma beIN Sports 1 kanalında yayımlanacaq.

Qarşılaşmanı Estoniya Futbol Federasiyasından olan hakim Kristo Tohver idarə edəcək. Avropada 217-ci dəfə mübarizə aparacaq olan Qara-ağlar "Kubok 2" isə 115-ci matçını oynayacaq.

Beşiktaş, daha əvvəl UEFA Kuboku adı ilə oynanan UEFA Avropa Liqasında 9 dəfə qrup mərhələsində iştirak edəcək.

Trabzonspor isə iştirak etdiyi C qrupu ilk həftə  matları çərçivəsində  İspaniya nümayəndəsi Getafe ilə qarşılaşacaq.

Saat 19.55-də Madriddəki Coliseum Alfonso Perez Stadıonda oynanacaq matçı Sloveniyadan olan Matej Jug idarə edəcək. Qarşılaşma beIN Sports 1 ekranlarında olacaq.

J qrupunda iştirak edən Medipol Başakşehir də İtaliyada Roma ilə qarşılaşacaq. Paytaxt Romadakı Olimpiya Stadıonda saat 22.00-də başlayacaq qarşılaşmanı ispaniyalı hakim Xavier Estrada Fernandez idarə edəcək. qarşılaşma beIN Sports 2 kanalda yayımlanacaq.



Әlaqәli Xәbәrlәr