Qadın Voleybol Komandası Bolqarıstan ilə qarşılaşdı

Türkiyənin Qadın Voleybol Komandası , 2019 Avropa Çempionatı qrup mərhələsinin üçüncü oyununda Bolqarıstan ilə qarşılaşdı. 3-1 hesabla nəticələnən qarşılaşmanın qalibi Türkiyə olub.

1259098
Qadın Voleybol Komandası Bolqarıstan ilə qarşılaşdı

Qrupda oynadığı üç matçdan qalib ayrılan Türkiyə son 16 tura iştirak haqqını əldə edib.

Türkiyə yığması daha əvvəl A qrupunda qarşılaşdığı Yunanıstanı 3-0, Finlandiyanı isə 3-2 hesabla məğlub edib.

Milli Komanda mübarizə apardığı A qrupunda 28 Avqustda Fransa ilə qarşılaşacaq. Matç Türkiyə vaxtıyla saat 19.30-da başlayacaq.

 



Әlaqәli Xәbәrlәr