Türkiyəli idmançılar Bakıda 6 medal qazandılar

Türkiyəli idmançılar 2019 Avropa Gənclər Olimpiya Yaz Festivalının (EYOF) altıncı günündə 2-si qızıl olmaqla 6 medal qazanıb.

1243442
Türkiyəli idmançılar Bakıda 6 medal qazandılar

  Türkiyəli idmançılar 2019 Avropa Gənclər Olimpiya Yaz Festivalının (EYOF) altıncı günündə 2-si qızıl olmaqla 6 medal qazanıb.

  Azərbaycanın paytaxtı Bakıda keçirilən 2019 EYOF-un altıncı günündə üzgüçülük yarışında qadınlar üzrə 800 metrlik sərbəst stil finalında 8:32.65-lik dərəcə ilə EYOF rekordu qıraraq birincilik əldə edən Berill Böcekler qızıl medalı qazandı və buna nail olan ilk türkiyəli idmançı oldu.

  Hələ 15 yaşı olan idmancı bu uğuruilə olimpiya A səddini keçərək “Tokio 2020” üçün müsabiqə hüququ qazanmış sayıldı.

  Deniz Artan 200 metrlik fərdi qarışıq stil finalında 2:19.25, Bora Gülşen isə 200 metrlik sərbəst stil finalında 01:51.33 dərəcələri üzrə bürünc medal qazandılar.

  Cüdo nominasiyasında 70 kiloqramdan artıq çəki dərəcəsi üzrə Hilal Öztürk hollandiyalı Karmen Deykstraya (Carmen Dijkstra) 48 saniyədə "ippon" zərbəsilə qalib gələrək qızıl medalın sahibi oldu.

  Atletikada 400 metrlik əngəlli finalında Berke Akçam 52.30, nizəatmada  isə Esra Türkmen 54.62 metrlik dərəcələrlə bürünc medal aldılar.

  Kişilər üzrə basketbolun yarımfinal yarışında Serbiya ilə qarşılaşan Türkiyə rəqibini 82-70 məğlub edərək finala yüksəldi. Artıq Türkiyə mililəri növbəti turda İspaniya-Fransa matçının qalibi ilə qarşılaşacaq.

  Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sosial mediadan mesaj paylaşaraq “EYOF 2019”da medal qazanan idmancıları uğurlarına görə təbrik etdi.



Әlaqәli Xәbәrlәr