İdmançılarımız Bakıda 3-ü qızıl, 6 medal qazandı
İdmançılarımız Bakıda 3-ü qızıl, 6 medal qazandı“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Fəstivalının üçüncü günündə 3-ü qızıl, 6 medal qazandı.
Türkiyə idmançıları “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının üçüncü günündə 3-ü qızıl, 6 medal qazandı.
Azərbaycanın paytaxtı Bakıda keçirilən festivalda milli atletimiz Beril Böceklər 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışında finişə rəqiblərindən tez çataraq (4:09.71) çempion oldu.
Festivalınn atletika yarışlarının ikinci günündə ilk medalın sahibi nüvəitələmə üzrə qızların yarışında qızıl médalı 17,88 metr nəticə göstərən idmançımız Pınar Akyol qazandı.
İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarında qızlar və oğlanlar arasında 100 metr məsafəyə qaçış üzrə oyunun qalibləri də bəlli oldu.
Bu növdə oğlanlar arasında qızıl medalı ölkəmizin təmsilçisi Umut Uysal (10,47 saniyə) qazandı. Gümüş medala Matteo Melluzzo (İtaliya), bürünc medala isə Feliks Kunstein (Almaniya) layiq görüldü.
Qadınlar arasında 200 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışlarında idmançımız Merve Tuncel gümüş medal qazandı.
65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Nesrin Baş da finalda belaruslu Yana Tretsiaka məğlub olaraq gümüş medal qazandı. olub.
Qadınlar arasında 200 metr məsafəyə arxası üstə üzmə yarışında ölkəmizin təmsilçisi Sudem Denizli bürünc medal əldə etdi.
Türkiyə üçüncü günün axırında medal sayını 9-a (4 qızıl, 3 gümüş, 2 bürünc) çıxardı.
“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı 27 iyulda başa çatacaq.
Әlaqәli Xәbәrlәr
Türkiyə yığmasının pley-off oyunlarındakı rəqibi bəlli oldu
UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin püşkü atılıb.