2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının medalları təqdim olundu

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının medallarının təqdimat mərasimi keçirildi.

1241752

Təşkilat Komitəsinin açıqlamasında qızıl, gümüş və bürünc medalların təkrar emal edilmiş mobil telefon və elektron qurğulardan hazırlandığı vurğulanıb.

Əvvəlki medallarla müqayisədə daha parlaq şəkli ilə ön çıxan medalların emalat mərhələsində xalqın ciddi dəstəyi olub. 

"Yaponiya sakinləri tərəfindən təmin edilən kiçik elektron cihazların emalı sayəsində 5000-ə yaxın medal əldə edildi" - deyə məlumatda bildirilib. 

Komitədən verilən açıqlamaya görə, medalın önündəki "Zəfərin ilahəsi" adlı simvol müxtəlifliliyin əhəmiyyətini və  idmanda çox cəhd göstərməyin uğurla mükafatlandırılmasını təmsil edir.

Qeyd edək ki, "Tokio-2020" gələn il iyulun 24-dən avqustun 9-dək keçiriləcək. 

Әlaqәli Xәbәrlәr