Kişi və qadın voleybolçuların yarışlarında Türkiyə və İtaliya yığmaları qalib gəliblər

İyulun 23-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların yarışlarında ikinci görüşlər yekunlaşıb.

1240935

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən kişi voleybolçuların yarışında günün ikinci matçında B qrupunda mübarizə aparan İtaliya və Çexiya komandaları meydana çıxıblar. Matç 3:0 (25:18, 25:11, 25:20) hesabı ilə İtaliya seçməsinin xeyrinə başa çatıb. Beləliklə, İtaliya voleybolçuları yarışda çətinlik çəkmədən ilk qalibiyyətlərini alaraq dörd xalla qrupda liderliyə yüksəliblər.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların mübarizəsində isə B qrupunun ikinci oyununda Türkiyə və İtaliya seçmələri üz-üzə gəliblər. Gərgin keçən görüşdə daha güclü olan Türkiyə idmançıları 3:0 (25:21, 25:22, 25:23) hesabı ilə rəqiblərini məğlubiyyətə uğradıblar. Yarışda ilk dəfə qalib gələn ölkə millisi 3 xala yiyələnib.

Әlaqәli Xәbәrlәr