28 təyyarə Azərkeş daşıyacaq

Misirdə keçiriləcək 2019 Afrika Millətlər Kubokunun finalında, Seneqal ilə qarşılaşacaq Cezayir Milli Komandasının azərkeşlərini 28 təyyarə Misirə daşıyacaq.

1236568
28 təyyarə Azərkeş daşıyacaq

Cezayir Baş naziri Nureddin Bedevinin başçılığında Xarici İşlər, Daxili İşlər, Maliyyə, Gənclər, idman və turizmdən məsul nazirlər ilə milli müdafiə nazirliyinin nümayəndələrinin iştirakı ilə baş tutan yığıncaqdan sonra yayılan açıqlamada: “Cezayir Milli komandası azərkeşlərini Qahirəyə daşımaq üçün 28 mülki və hərbi təyyarədən ibarət bir hava körpüsün salınması qərarına yetişildi. Bu tədbir çərçivəsində Cümə günü start götürəcək matç əvvəlində təxminən 4 min 800 azərkeş Qahirəyə çatdırılacaq. Başnazirlik ofisi yanında əlaqədar bütün tərəflərin nümayəndələrinin iştirakı ilə bir koordinasiya mərkəzi yaradılacaq. Mərkəz Cəzayirlilər ölkəyə qayıdana qədər bütün işlərdən məsul olacaq.

Cezayir Müdafiə Nazirliyi daha əvvəl verdiyi açıqlamada 870 azərkeşin Misirə aparılması üçün 9 hərbi təyyarə həsr etdiklərini bildirmişdi.



Әlaqәli Xәbәrlәr