Arjen Robben futbolçu karyerasına son qoydu

Futbol dünyasının canlı əfsanələrindən 35 yaşlı Arjen Robben futbolçu karyerasına son qoyduğunu açıqladı.

1230508
Arjen Robben futbolçu karyerasına son qoydu

O, son olaraq bu yay “Bayern Münich” klubundan ayrılmış və azad agent statusu almışdı. Ona Avropanın bir sıra klublarından, Türkiyə klublarından, Çin klublarından, Hollandiya klublarından və ABŞ klublarından transfer təklifləri olsa da, o, bu gün aldığı qərarla hamısından imtina etdi və futbol karyerasına son qoydu.Qeyd edək ki, o, futbolçu karyerası ərzində “Groningen”, “PSV”, “Chelsea”, “Real Madrid” və “Bayern Münich” klublarında çıxış etdi. Onun futbolçu olaraq göstəriciləri: Groningen klubunda: 52 oyun, 12 qol, 5 məhsuldar ötürmə,
PSV klubunda: 70 oyun, 21 qol, 16 məhsuldar ötürmə,

Chelsea klubunda: 106 oyun, 19 qol, 22 məhsuldar ötürmə, Real Madrid klubunda: 65 oyun, 13 qol, 14 məhsuldar ötürmə, Bayern Münich klubunda: 309 oyun, 144 qol, 101 məhsuldar ötürmə, Hollandiya millisində: 96 oyun, 37 qol, 30 məhsuldar ötürmə.


Etiketlәr: #Arjen Robben

Әlaqәli Xәbәrlәr