Ramil Quliyev ikinci oldu
Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təşkil etdiyi "Diamond" liqasının altıncı mərhələsində milli atlet Ramil Quliyev kişilər arasında 200 metr məsafə yarışında ikinci oldu.
1219886

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) Mərakeşin paytaxtı Rabat şəhərində təşkil etdiyi i "Diamond" liqasının altıncı mərhələsində milli atlet Ramil Quliyev kişilər arasında 200 metr məsafə yarışında ikinci oldu. Milli idmanıçının nəticəsi 20.28 saniyədir.
200 metrlik yarışda kanadalı Andre de Grasse 20.19 saniyəlik müddətlə birinci oldu. Ekvadorlu Alex Quinonez 20.30 saniyəlik göstərici ilə finişə üçüncü çatdı.
Dünya və Avropa çempionu Ramil Quliyev bu günə qədər "Diamond" liqasında 27 bal toplayaraq, liderliyini qoruyub saxlayır.
Әlaqәli Xәbәrlәr

Pley-off mərhələsində daha 4 oyun keçirilib
UEFA Çempionlar Liqasının pley-off mərhələsində daha 4 oyun keçirilib.