“Azerbaijan İnternational 2019” turnirində 39 ölkədən 220 badmintonçu iştirak edəcək

Turnirdə Azərbaycanı 5 kateqoriya üzrə 20 idmançı təmsil edəcək.

1213894
“Azerbaijan İnternational 2019” turnirində 39 ölkədən 220 badmintonçu iştirak edəcək

  İyunun 6-9-da Bakı İdman Sarayında keçiriləcək badminton üzrə “Azerbaijan İnternational 2019” turnirində 39 ölkədən 220 idmançı mübarizə aparacaq. Turnirdə Azərbaycanı 5 kateqoriya üzrə 20 idmançı təmsil edəcək. 

  Bunu turnirlə bağlı təşkil olunan mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Morteza Validarvi deyib.

  Turnirin əsas məqsədinin ölkədə badmintonun kütləviliyinin artırılması, gəncləri idmanın bu növünə cəlb etmək olduğunu deyən M.Validarvi bildirib: "Komandamız iyunun 5-də Bakı İdman Sarayında sonuncu məşqini keçirdi. Belə turnirin ölkəmizdə ilk dəfə təşkil olunmasına baxmayaraq, yarışlara maraq kifayət qədər böyükdür. İştirakçılar arasında tanınmış idmançılar, o cümlədən Olimpiya mükafatçıları və müxtəlif seriyalı turnirlərin qalibləri var".

Qeyd edək ki, turnirin final oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq. Turnirin bütövlükdə gedişini isə iyunun 6-dan Avropa Badminton Konfederasiyasının rəsmi “Youtube” kanalından canlı izləmək mümkün olacaq. Bundan başqa, nəticələr onlayn qaydada Dünya Badminton Federasiyasının saytında yerləşdiriləcək.



Әlaqәli Xәbәrlәr