Canni İnfantino yenidən FIFA-nın prezidenti seçildi

Fransanın paytaxtı Parisdə keçirilən konqresdə FIFA-ya üzv olan 211 federasiyanın nümayəndələri C.İnfantinonun namizədliyini dəstəkləyiblər.

1213892
Canni İnfantino yenidən FIFA-nın prezidenti seçildi

Canni İnfantino (Gianni İnfantino) yenidən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti seçilib.

Fransanın paytaxtı Parisdə keçirilən konqresdə FIFA-ya üzv olan 211 federasiyanın nümayəndələri C.İnfantinonun namizədliyini dəstəkləyiblər.

Bununla da 49 yaşlı C.İnfantinonun səlahiyyət müddəti 2023-cü ilədək uzadılıb.

Seçkidə C.İnfantino yeganə namizəd kimi iştirak edib.



Әlaqәli Xәbәrlәr