Türkiyə-Yunanıstan hazırlıq qarşılaşması TRT ekranlarında

Türkiyə-Yunanıstan hazırlıq matçı bu gün (30 May) Türkiyə vaxtıyla saat 21.00-də start götürəcək. Matç TRT Spor telekanalından canlı yayımlanacaq.

1210869
Türkiyə-Yunanıstan hazırlıq qarşılaşması TRT ekranlarında

Milli futbol komandası məşqçisi Şenol Günəş, Yunanıstan və Özbəkistan ilə oynanacaq hazırlıq matçlarında qələbə qazanmaq uğrunda əllərindən gələn səyi göstərəcəklərini bildirib.

Şenol Günəş milli oyunçu Cenk Tosun ilə qaldıqları oteldə təşkil etdiyi mətbuat konfransında: “2020 Avropa Çempionatı seçmələri çərçivəsində H qrupunda Fransada və İslandiya ilə qarşılaşacayıq. Həmin qarşılaşmalar əvvəli bu gün Yunanıstan, 2 İyun Pazar günü isə Özbəkistana qarşı mübarizə edəcəyik.

Bu iki qarşılaşmada daha əvvəl heyətə dəvət etdiyimiz ancaq oyuna daxil etmədiyimiz oyunçuların iştirakı nəzərdə tutulub. "Yunanıstan və Özbəkistan matçlarından qalib ayrılmaq əsas hədəfimizdir. Bu səbəbdə düşərgədə həm istirahət edir həm də oyunçularımızla lazımlı tədbirləri müzakirə edirik”- deyə Şenol Günəş bildirib.



Әlaqәli Xәbәrlәr