Bakıdakı final dünyanın 204 ölkəsində canlı yayımlanacaq

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı oyunu Azərbaycan da daxil olmaqla, dünyanın 204 ölkəsində canlı yayımlanacaq.

1210535
Bakıdakı final dünyanın 204 ölkəsində canlı yayımlanacaq

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı oyunu Azərbaycan da daxil olmaqla, dünyanın 204 ölkəsində canlı yayımlanacaq.

İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında baş tutacaq matç Avropanın 48 ölkəsində nümayiş olunacaq. Avropadan kənarda isə 156 ölkənin vətəndaşları qarşılaşmaya canlı baxa biləcəklər.

Azərbaycanda finalı “CBC Sport” yayımlayacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər tərəfdən, Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda UEFA tərəfindən yenilik tətbiq Azərbaycanda indiyədək canlı yayımlar telekom vasitəsilə, yəni telefon xətləri ilə həyata keçirilirdi. Lakin final oyunundan etibarən canlı yayımın bir hissəsi internet vasitəsilə reallaşdırılacaq. Stadionda yüksək sürətli fiberoptik internet xətti çəkilib. Məhz buna görə AoİP (Audio-over IP) sistemlər tətbiq olunacaq. Beləliklə, səs canlı efirdə məhz internet kanalları vasitəsilə bütün canlı yayım şirkətlərinə göndəriləcək. Bu yenilik bundan sonra Avropanın ali futbol qurumunun təşkil etdiyi tədbirlərdə də istifadə olunacaq.



Әlaqәli Xәbәrlәr