Bakıdakı Avropa Liqasının finalı Dənizkənarı Bulvarda böyük monitorda göstəriləcək

İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

1209174
Bakıdakı Avropa Liqasının finalı Dənizkənarı Bulvarda böyük monitorda göstəriləcək

İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa Dənizkənarı Bulvarda baxmaq olacaq. 

Sözügedən qarşılaşma Azarkeş Festivalının ərazisində quraşdırılmış böyük monitorda nümayiş ediləcək. Azarkeş Festivalının ziyarətçiləri Bakı vaxtı ilə saat 23:00-dan etibarən final qarşılaşmasını canlı yayımda izləyə biləcəklər.

Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.



Әlaqәli Xәbәrlәr