Türkiyə qadın milli voleybol komandası ilk matçdan qalib ayrıldı

Türkiyə qadın milli voleybol komandası 2019 FIVB Liqasında ilk qarşılaşmada rəqibini məğlub etdi.

1205736
Türkiyə qadın milli voleybol komandası ilk matçdan qalib ayrıldı

İlk matçını Cənubi Koreya ilə oynayan Voleybol üzrə Milli Qadın Komandamız sahədən 3-0 qalibiyyətlə ayrıldı.

Liqanın Serbiyanın Belqrad şəhərində təşkil edilən ilk turunda Cənubi Koreya ilə qarşılaşan Türkiyə qadın milli komandası qarşılaşmanı 25-1, 28-26 və 25-19-luq setlər tamamladı.

Milli Komandamız Serbiyadakı mərhələnin ikinci matçını isə Türkiyə vaxtıyla saat 21.00də Hollandiya ilə oynayacaq.

23 Mayda ilk mərhələnin son qarşılaşması baş tutacaq. Həmin qarşılaşmada Türkiyə qadın milli voleybol komandası Serbiyaya qarşı mübarizə edəcək .



Әlaqәli Xәbәrlәr