“Liverpul” rəqibini darmadağın etdi

Çempionlar Liqasında ilk finalçı məlub  oldu.

1197171
“Liverpul” rəqibini darmadağın etdi
2019-05-07T194858Z_438371037_RC1D22167010_RTRMADP_3_SOCCER-CHAMPIONS-LIV-FCB.JPG
2019-05-07T190847Z_1723132572_RC117B02B1B0_RTRMADP_3_SOCCER-CHAMPIONS-LIV-FCB.JPG
2019-05-07T192002Z_2042697024_RC158075A390_RTRMADP_3_SOCCER-CHAMPIONS-LIV-FCB.JPG
2019-05-07T205826Z_185276197_RC1C29EFDBD0_RTRMADP_3_SOCCER-CHAMPIONS-LIV-FCB.JPG
2019-05-07T204322Z_1763019074_RC1910D3CE60_RTRMADP_3_SOCCER-CHAMPIONS-LIV-FCB.JPG

“Liverpul” Kataloniyada 0:3 uduzduğu “Barselona” ilə görüşdə proqnozları növbəti dəfə alt-üst edib.

İngiltərə klubu misirli Məhəmməd Salah, braziliyalı Roberto Firmino və qvineyalı Nabi Keytasız meydana çıxsa da, güclü rəqibinə 4:0 hesabı ilə qalib gəlib. Bununla da“Liverpul” ardıcıl ikinci il UEFA-nın ən güclü klub turnirinə final oynayacaq.

Qeyd edək ki, növbəti finalçının adına “Ayaks” – “Totenhem” oyunundan sonra aydınlıq gələcək.

Xatırladaq  ki, Cavab qarşılaşmasından əvvəl “Liverpul” üç əsas futbolçusunu itirmişdi. İngiltərə Premyer Liqasının son turunda “Nyukasl”a qarşı oyunda “qırmızı”ların əsas ulduzu, misirli Məhəmməd Salah oyunu xərəkdə tərk edir. Hücumçuya beyin silkələnməsi diaqnozu qoyulur və o, “Barselona” ilə oyunu buraxmalı olur.

Salah özü stadiona “heç vaxt təslim olma” yazılı futbolka ilə gəlir. Salahdan əlavə, braziliyalı Roberto Firmino və qvineyalı Nabi Keyta da oyunu zədə səbəbindən buraxmalı olurlar.

“Barselona” isə Primeranın son turunda “Selta”ya qarşı oyunda əsas oyunçuları Suarez və Messiyə istirahət verir. 

 



Әlaqәli Xәbәrlәr