Türkiyə çempionatında Azərbaycan velosipedçisi qalib gəldi

Azərbaycanın qadın velosipedçisi Türkiyədə keçirilmiş yarışda parlaq qələbə qazanıb

1182943
Türkiyə çempionatında Azərbaycan velosipedçisi qalib gəldi

  Türkiyənin Giresun şəhərində keçirilmiş çempionatın ikinci mərhələsində yeniyetmə qızların 45 kilometr məsafəyə velosiped üzrə qrup ötüşməsi Azərbaycan yığma komandasının üzvü Lalə Əbdürəhmanovanın parlaq qələbəsi ilə başa çatıb.

  Azərbaycan Velosiped İdmanı Federasiyasından bildiriblər ki, iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlaşan yeniyetmə Azərbaycan qızları Türkiyə çempionatında Lalə Əbdürəhmanova, Viktoriya Sidorenko, Gülşən İsmayılova və Məleykə İsgəndərovadan ibarət heyətlə çıxış edib. 

Qeyd edək ki, Türkiyə çempionatında Azərbaycanın yeniyetmə və gənc oğlanlardan ibarət yığma komandaları da çıxış edir.



Әlaqәli Xәbәrlәr