1/4 finalda “Benfika” Almaniya klubunu sınağa çəkdi
UEFA Avropa Liqasında ¼ final mərhələsinin ilk oyunları dünən axşam oynandı.
1181915
Günün ən məhsuldar oyunu Lissabonda baş tutub. Portuqaliya təmsilçisi “Benfika” Almaniyanın “Ayntraxt” klubunu sınağa çəkib. Juau Feliksin het-triki ilə əlamətdar olan matçda meydan sahibləri rəqibini məğlub ediblər – (4:2)