Yoahim Lövdən radikal qərarlar

Almaniya milli komandası texniki direktoru Yoahim Löv radikal qərarlar qəbul etdi.

1157934
Yoahim Lövdən radikal qərarlar

Məlumata görə təcrübəli texniki direktor; Jerome Boateng, Mats Hummels və Tomas Mülleri bundan sonra milli komandaya dəvət etməyəcəyini açıqlayıb. 2019-cu ilin Almaniya yığması üçün yeni bir başlanış olacağını ifadə edən Löv, adlarını açıqladığı üç oyuncunun gələcək planlarına daxil olmadığını vurğulayıb və Boateng, Müller və Hummelsə 2014 Dünya Kuboku matçındakı qalibiyyətə qatqılarına görə tǝşǝkkürlǝrini bildirib.

Qeyd edək ki, Lövün belə bir qərar qəbul etməsindǝ 2018-ci ildə Rusiyada təşkil edilən Dünya Kubokunda komandanın uğursuzluğu səbəb kimi göstərilir.

Alman Futbol Federasiyasının prezidenti Reinhard Grindel Lövün qərarını yüksək qiymətləndirib.

 



Әlaqәli Xәbәrlәr