“TFF” rəhbəri Y.Dəmirörən vəzifəsindən istefa etdi

7 ildir Türkiyə Futbol Federasiyanın prezident vəzifəsində olan Yıldırım Dəmirörən, “İDDAA və Misli.com”un qanunlar çərçivəsində təhvilinin tamamlanması və bununla bağlı iddialara mane olabilmək üçün istefa qərarına gəldiyini bildirib.

1154452
“TFF” rəhbəri Y.Dəmirörən vəzifəsindən istefa etdi

Futbol federesayasının prezidentlik vəzifəsini seçkilərin keçiriləcəyi İyun ayına dək müvəqqəti olaraq “TFF” İdarə heyəti Üzvü Hüsnü Gürəl icra edəcək.

Yıldırım Demirören istefası ilə əlaqəli verdiyi açıqlamada: "26 Fevral 2012-ci ildən bəri Federasiyanın rəhbəri kimi vəzifə icra edirəm. Bu vəzifədən “İDDAA, Misli.com”un Dəmirörən Holdinq tərkibinə daxil edilməsinə və müqavilələrin qanuni təhvil işinin tamamlanmasına görə istifa edirəm. Bu günə qədər şərəflə və qürurla icra etdiyim bu milli vəzifədən Türkiyə və Dünya ictimaiyyətində mənfi fikirlər irəli sürülməsinə imkan verməmək məqsədiylə istefa etdim. Yeddi ildir icra etdiyim Türkiyə Futbol Federasiyası Başçılığı vəzifəmdə dəstəkləri və etimadına görə başda Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan olmaqla, birlikdə çalışdığım İdman Nazirlərinə,Türkiyə Futbol Federasiyası idarə heyəti üzvlərinə, milli komandaların baş məşqçiləri və oyunçularına, bu yolda dəstəyini əsirgəməyən bütün Klub başçıları və idarə şurası üzvlərinə, idman ictimaiyyətinə, medyamıza minnətdarlığımı ildirirəm.



Әlaqәli Xәbәrlәr