2019 Dakar Rallisi Peruda davam edir

Tədbirin səkkizinci mərhələsinin qalibləri avtomobil kateqoriyasında Nasser Al Attiyah və motosiklet kateqoriyasında isə Matthias Walkner olub.

1126648
2019 Dakar Rallisi Peruda davam edir
2019-01-15T232211Z_1755004133_RC170AAF6DB0_RTRMADP_3_MOTOR-RALLY-DAKAR.JPG
2019-01-15T233511Z_1469128011_RC1976AAA130_RTRMADP_3_MOTOR-RALLY-DAKAR.JPG

41-si təşkil edilən tədbirin səkkizinci mərhələsi San Juan De Marcona və Pisco arasında 360 kilometr uzunluqdakı yolda keçirilib.

Nasser Al Attiyah 4 saat 2 dəqiqə və 20 saniyə ilə avtomobil kateqoriyasında birinci olub. Qətərli pilotu isə Jakub Przygonski ilə Giniel De Villiers izləyib.

8-ci mərhələnin nəticələrinə görə “Toyota Gazoo” pilotu Nasser Al Attiyah ümumi təsnifatda liderliyini qorudu.

Motorsiklet kateqoriyasında, Red Bull KTM-dən Matthias Walkner 3 saat 55 dəqiqə və 25 saniyə ilə yarışın qalibi olub. Onu Avstraliyalı pilot Penny Quintanilla və Toby Price izləyib.



Әlaqәli Xәbәrlәr