İran və Rusiya birgə hərbi təlim keçirməyi planlaşdırır

İranın Dəniz donanması komandanı admiral Hüseyn Hənzadi İran ilə Rusiya Dəniz donanmasının Xəzər dənizində birgə axtarış-xilasetmə təlimi keçirəcəklərini bildirdi.

1120062

Hənzadi Xəzər dənizində İran ilə Rusiya dəniz donanmaları arasındakı əməkdaşlığın gücləndiyinə diqqət çəkərək dedi ki, Xəzərdə yaxşı əlaqələrimiz var və bölgə ölkələri də bunun fərqindədir. Xəzərin təhlükəsizliyi bölgə ölkələri tərəfindən təmin edilir. Yaxın zamanda Rusiya Dəniz donanması ilə birgə hərbi təlim həyata keçirəcəyik.  

Xəzər dənizində bölgə ölkələrindən başqa heç bir gücün olmasına icazə vərməyəcəklərini vurğulayan Hənzadi Xəzərin sülh və dostluq bölgəsi olduğunu diqqətə çatdırdı.

İranın rəsmi xəbər agentliyi “Mehr”ə bəyanat verən Hənzadi Rusiya ilə keçiriləcək birgə təlimin tarixinə dair isə məlumat verməyib.

Әlaqәli Xәbәrlәr