Fənərbaxça Beko- Baskonia matçı sabah oynanacaq
Basketbol üzrə Fənərbaxça Beko Komandası, THY Avropa Liqası16-cı tur matçlarında İspaniya nümayəndəsi Baskonia komandasına ev sahibliyi edəcək. Matç Sabah (01.04.2019) oynanacaq.
1118326

Ülker İdman və tədbir salonunda oynanacaq qarşılaşma Türkiyə vaxtıyla 20.45-də başlayacaq.
Fənərbaxça Beko, Avropa Liqasında 14 qalibiyyət və bir məğlubiyyət ilə zirvədəki yerini qoruyur. Son 11 qarşılaşmanın qalibi olan Sarı-göylü qrup, Baskonia komandasını da udaraq qalibiyyət sayını 12-yə qaldırmaq uğrunda mübarizə edəcək.
Qeyd edək ki, Liqada 7 qalibiyyət və 8 məğlubiyyətin sahibi Baskonia 10-cu sırada yerləşib.