Qrup mərhələsi qarşılaşmaları sabah başlayır

UEFA Çempionlar Liqası çərçivəsində 5-ci həftə qrup mərhələsində oynanacaq matçlar sabah start götürəcək.

1094869
Qrup mərhələsi qarşılaşmaları sabah başlayır

Topladığı 4 xal ilə 3-ci sırada iştirak edən Qalatasaray Çərşənbə günü (28.11.2018) Türkiyə vaxtıyla saat 20.55-də Lokomotiv Moskva komandasının qonağı olacaq.

Beşinci həftə oynanacaq matçlar:

Sabah: (27.11.2018)

AEK (Yunanıstan) - Ajax (Hollandiya), CSKA Moskva (Rusiya) - Viktoria Plzen (Çexiya) qarşılaşmaları saat 20.55-də başlayacaq. 23.00-də Bayern Münhen (Almaniya) - Benfika (Portuqaliya), Olympique Lyon (Fransa) - Manchester City (Böyük Britaniya) , Roma (İtaliya) -Real Madrid (İspaniya), Juventus (İtaliya) - Valensiya (İspaniya) və Manchester United (İngiltərə) - Young Boys (İsveçrə) maçları oynanacaq.

 



Әlaqәli Xәbәrlәr