Sualtı Reqbi Dünya Çempionatında Türkiyə qadınları qızıl medal qazandı
Almaniyada keçirilən 21 yaşdan aşağı Sualtı Reqbi (Rugby) Dünya Çempionatında Türkiyə Qadın Milli komandası qızıl medal qazandı.
1091024

Almaniyada keçirilən 21 yaşdan aşağı Sualtı Reqbi (Rugby) Dünya Çempionatında Türkiyə Qadın Milli komandası qızıl medal qazandı.
Türkiyənin Qadın Milli komandası finalda Kolumbiyanı 1-0 məğlub edərək dünya çempionu olub.
Üçüncü matçda isə Almaniya Norveç komandasını 1-0 hesabı ilə yenib və bürünc medal əldə edib.
Çempionatda mübarizə aparan Türkiyə Kişi Milli komandası isə üçüncü oyununda Norveçlə qarşılaşıb və 4-1 hesabı ilə üstünlük əldə edərək bürünc medalın sahibi olub.
Kişilərdə final oyunu Kolumbiya ilə Almaniya arasında oynanılıb. Kolumbiya komandası rəqibini 2-1 hesabı ilə məğlub edərək birinci yeri qazanıb.