Altıncı dəfə 2018 Dünya Ralli Çempionatının qalibi oldu

2018 Dünya Ralli Çempionatının (WRC) Avstraliyada keçirilən son ayağını 5-ci sırada bitirən “M-Sport Ford” komandasının fransalı pilotu Sebastien Ogier 6-cı dəfə çempion oldu.

1090091

  Çempionatın 24 mərhələdən ibarət olan, 316,3 kilometr uzunluğundakı 13-cü və son mübarizəsini 2 saat 59 dəqiqə 52 saniyədə tamamlayan “Toyota Gazoo” komandasından Yari Matti-Latvala (Jari-Matti Latvala) mövsümün ilk, karyerasının isə 18-ci ralli qələbəsini qazanıb.

  Latvaladan 32,5 saniyə sonra “Hyundai Shell Mobis” komandasından Hayden Paddon gələrək ikinci, 52.2 saniyə sonra isə “Citroen Total Abu Dabi”nin sürücüsü Mads Ostberg üçüncü yeri əldə edib.

  Rallini 5-ci sırada bitirən “M-Sport Ford” komandasından Sebastien Ogier çempionatda 3 xal irəlidə olan “Hyundai Shell Mobis” pilotu Tierri Neyvill (Tierri Neuville) 22-ci mərhələdə yarışdan kənarda qalması ilə çempion elan olunub.

  Beləliklə, 219 xalla S.Ogier 201 xalı olan Neyvil və 181 xalı olan Ott Tanakı (Toyota Gazoo) keçərək 6-ci dəfə çempionluğu qazanıb.

Әlaqәli Xәbәrlәr