Osman Yıldırım finalda  mübarizə aparacaq

Rumıniyanın paytaxtı Buxarestdə dünən start götürən Güləş üzrə 23 yaşa qədər Dünya Çempionatında 130 kq. çəki dərəcəsində Türkiyəni təmsil edən Osman Yıldırım finala iştirak hüququnu əldə etdi.

1086623
Osman Yıldırım finalda  mübarizə aparacaq

Osman Yıldırım ilk matçında Yapon rəqibini 9-0 və ikinci qarşılaşmasında Norveçli rəqibini 8-1 hesabla məğlub etdi. O, dörtdə bir finalda isə Serb güləşçini, yarımfinalda isə Misirli idmancını məğlub edərək finala vəsiqə qazandı.

Türkiyə millisi Osman Yıldırım finalda Gürcüstanlı güləşçi Zviadisi Pataridzenin qarşısına çıxacaq.

Digər tərəfdən 77 kq çəki dərəcəsində mübarizə edən təmsilçimiz Fateh Cəngiz yarımfinalda Avropa çempionu Danibek Bisultanov qarşısında 4-1 hesabla məğlub oldu. Milli güləşçi çempionatın ikinci günündə bürünc medal uğrunda mübarizə edəcək.



Әlaqәli Xәbәrlәr