Türkiyə ilk dəfə olaraq bir çempionatdan 9 medal gətirdi

Türkiyə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Dünya Güləş Çempionatında 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazandı.

1077102
Türkiyə ilk dəfə olaraq bir çempionatdan 9 medal gətirdi

   Türkiyə Güləş Federasiyasının məlumatına görə, qrekoromen stili üzrə 87 kiloqramda qızıl medal qazanan Metehan Başar bir-birinin ardınca 2-ci dəfə dünya çempionu oldu.

  Ukraynalı Zhan Beleniuku 2-1 hesabı ilə məğlub edən Metehan Başar Macarıstan Dünya Güləş Çempionatında qızıl medal alan yeganə Türkiyə güləşçi olub.

  2017-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən Dünya Güləş Çempionatında birinci olan Türkiyə millisi, beləliklə, üst-üstə ikinci dəfə dünya çempionluğunun sevincini yaşayıb.

  Türkiyə güləşin qrekoromen növündə 1 gümüş və 2 bürünc medal da qazanıb.

  Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Güləş Şempionatında qızıl medal qazanan idmançı Metehan Başara teleqram göndərərək təbrik edib.

  Qrekoromen stildə Emrah Kuş gümüş, Ekrem Öztürk və Rehman Bilici bürünc medalın sahibi olub.

  Qadın Güləşi üzrə isə Türkiyə Milli Güləş Komandası dünya güləş çempionatları tarixində ilk dəfə 3 medalı birdən qazanaraq uğur əldə edib. Yasemin Adar və Elif Jale Yeşilırmak gümüş, Buse Tosun üçüncü kürsüyə çıxıb.

  Güləşin sərbəst növündə Fatih Erdin gümüş medal, Süleyman Atlı bürünc medal əldə edib.

  Beləliklə, Türkiyə milliləri çempionatdan 1 qızıl, 4 gümüş və 4 bürünc  olmaqla ilk dəfə bir dəfəyə 9 medal qazanıblar.

  Türkiyə Milli Güləş Komandası keçən il Fransanın paytaxtı Parisdə keçirilən Dünya Çempionatında 3 qızıl, 1 gümüş və 4 bürünc medal əldə etmişdi.



Әlaqәli Xәbәrlәr