Nuray Levent Avropa ikincisi oldu

Yeni yetmə və 23 yaşa qədər olan ağırlıq qaldırmaq üzrə Avropa çempionatında 63 kq çəki dərəcəsində mübarizə edən Türkiyə millisi Nuray Levent, Avropa ikincisi oldu.

1074482
Nuray Levent Avropa ikincisi oldu

Türkiyə ağırlıq qaldırma federasiyasından yayılan məlumata görə Polşanın Zamosc şəhərində 35 ölkədən 342 idmançının iştirak etdiyi Çempiyonatın dördüncü günündə, qadınlarda 63 kq çəki dərəcəsində mübarizə edən Nuray Levent, cəmdə 208 kq qaldıraraq 3 gümüş medal qazandı.69 kq çəki dərəcəsində isə  Berfin  Altun qızıl  medalın sahibi oldu.

Ay-ulduzlar bu nəticələr ilə çempionatın 4-cü gününü 8-i qızıl, 6-sı gümüş və 5-i brünc olmaqla 15 medal ilə tamamladılar.



Әlaqәli Xәbәrlәr