Türkiyə Dünya Ralli Çempionatının 10-cu yarışına ev sahibliyi edəcək

“Marmaris Ralli” adlı 10-cu yarış 13-16 sentyabr tarixlərində Türkiyənin Muğla rayonunda keçiriləcək.

1036749
Türkiyə Dünya Ralli Çempionatının 10-cu yarışına ev sahibliyi edəcək

  Türkiyə 8 illik fasilədən sonra yenidən Dünya Ralli Çempionatının bir bölümünə ev sahibliyi edəcək.

  Beynəlxalq Avtomobil İdmanı Növləri Federasiyası (FIA) tərəfindən təşkil edilən Dünya Ralli Çempionatında “Marmaris Ralli” adlı 10-cu yarış 13-16 sentyabr tarixlərində Türkiyənin Muğla rayonunda keçiriləcək.

  Türkiyə Dünya Ralli Çempionatı seçmələrində Yeni Zelandiya, Xorvatiya, Yaponiya, Çili, Keniya və Cənubi Afrika geridə buraxdı.

    Pilotlar ümumi uzunluğu 317 kilometr olan 17 xüsusi mərhələdən keçəcək.

  Yarış 155 televiziyadan yayımlanaraq 849 milyon insana çatacaq.

  İdmançılardan başqa, təxminən 50 min yerli və xarici turist də Dünya Ralli Çempionatı üçün Muğlaya gələcək. Gələnlər burada həm də dəniz və təbiətdən zövq alacaq.



Әlaqәli Xәbәrlәr