Dünya çempionu Ramil Quliyev yenə finalda

Avropa Çempionatında 200 metr məsafəyə qaçışda Türkiyəni təmsil edən Ramil Quliyev, finala vəsiqə qazanıb.

1028880
Dünya çempionu Ramil Quliyev yenə finalda

Almaniyanın Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən tədbirdə Türkiyəni təmsil edən Ramil Quliyev 200 metr məsafəyə qaçış yarımfinalda qalib gəlib.

Keçən il Londonda keçirilən Dünya çempionatında qızıl medal qazanan milli atlet Ramil Quliyev, yarışı 20.33 reytinqlə birinci sırada tamamlayaraq finala yüksəlib.

Qeyd edək ki, 200 metr məsafəyə qaçış final yarışı, bu gün Türkiyə vaxtıyla saat 22.05-də başlayacaq.



Әlaqәli Xәbәrlәr