Fənərbaxça, Benfika ilə qarşılaşacaq

Fənərbaxça, UEFA Çempionlar liqasının 3-cü seçmə mərhələsinin ilk matçını Benfika ilə oynayacaq.

1027195
Fənərbaxça, Benfika ilə qarşılaşacaq

Bu gün oynanacaq matç Türkiyə vaxtıyla saat 22-də başlayacaq. Luz Stadionunda oynanacaq matçı Belarus Futbol Federasiyası üzvü Aleksei Kulbakov idarə  edəcək. Qarşılaşma beIN Sports 1 telekanaldan canlı yayımlanacaq.

Qeyd edək ki, Fənərbaxça oyuncusu Josef de Souza, cəza səbəbiylə ilk  matçda oynaya bilməyəcək.

 



Әlaqәli Xәbәrlәr