Dünya kuboku Fransa milli komandasına təqdim edilib

Final matçından sonra qalib Fransaya Dünya kuboku təqdim olunub.

1012994
Dünya kuboku Fransa milli komandasına təqdim edilib

Dünya kuboku Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qalibi Fransa milli komandasına təqdim edilib.

DÇ-nin final matçında Xorvatiya yığmasına 4:2 hesabı ilə qalib gələn Fransa milli komandası tarixində ikinci dəfə dünya çempionu adına layiq görülüb.

Final matçından sonra qalib Fransaya Dünya kuboku təqdim olunub.

Qeyd edək ki, təqdimat mərasimində FİFA prezidenti Canni İnfantino, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Xorvatiya prezidenti Kolinda Qrabar iştirak ediblər.



Әlaqәli Xәbәrlәr