Fransa futbol üzrə dünya çempionu oldu
Fransa yığması futbol üzrə dünya idman tarixində ikinci dəfə çempion oldu.
1012969

Rusiyada dünya çempionatının finalında paytaxt Moskvanın "Lujniki" stadionunda keçirilən Fransa-Xorvatiya qarşılaşması 4:2 hesabı ilə başa çatdı.
Hesabı 18-cü dəqiqədə avtoqol nəticəsində xorvatiyalı futbolcu Mario Mancukiça açdı. 28-ci dəqiqədə Fransa komanda yoldaşı İvan Perişiç cavab topunu vurdu.
Fasilədən sonra Pol Poqba (59-cu dəq.) və Kilian Mbappe (65-ci dəq.) Fransa komandasının üstünlüyü artırdı.
69-cu dəqiqədə Mancukiç rəqib qapıçının səhvi uncundan Xorvatiya yığmasının ikinci qolunu vurdu.
Qeyd edək ki, Fransa futbol komandası ilk dəfə 1998-ci ildə dünya çempionu olmuşdu. 2006-cı il dünya çempionatında finala qədər irəliləmiş, penaltilərlə İtaliya komandasına uduzmuşdu.