Türkiyə ilə ABŞ arasında final qarşılaşması

Türkiyənin A qrupundakı Milli Qadın Voleybol Komandası Beynəlxalq Voleybol Federasiyası – FIVB-in Millətlər Liqası 6-lı Finallar təşkilatının yarımfinalında Braziliyanı 3-0 məğlub edərək finala yüksəlib.

1003183
Türkiyə ilə ABŞ arasında final qarşılaşması

  Çinin ev sahibliyilə Nancin (Nanjing) şəhərində keçirilən yarımfinalda A Qrupunda qalib gələn Braziliya ilə B Qrupunun ikincisi Türkiyə komandası qarşı-qarşıya gəlib.

  Qarşılaşmaya yaxşı başlayan və ilk iki hissəni 25-23 hesabı ilə qazanan Türkiyə milliləri üstünlüyü itirmədən üçüncü hissəni də 25-22 hesabı ilə udub və adını finala yazdırıb.

  Türkiyənin finaldakı rəqibi Amerika Birləşmiş Ştatları olub.

  Türkiyənin ikinci olduğu B Qrupunu lider bitirən ABŞ-la A Qrupunun ikincisi Çin 30 iyunda qarşılaşıb. ABŞ Çinə 25-23, 25-20, 18-25, 25-18 nəticələrilə 3-1 hesabı ilə qalib gəlib, finala çıxaraq Türkiyəyə qarşı çempionat mübarizəsi verməyə haqq qazanıb.

  Türkiyə ilə ABŞ arasında final qarşılaşması iyulun 1-i Türkiyə vaxtı ilə saat 14.00-da başlayacaq.



Әlaqәli Xәbәrlәr